Paytaxt Ağdama – Ağdam Xankəndiyə

11 Noyabr 2023 03:10 Gündəm 5 913
Paytaxt Ağdama – Ağdam Xankəndiyə

Paytaxtın köçürülməsi məsələsi son 30 ildə dəfələrlə gündəm mövzusu olub.

Yeni paytaxt üçün müxtəlif yerlər təklif edilib

Artıq paytaxtın köçürülməsini Bakının, eləcə də Abşeronun bugünkü reallığı diqtə edir. Deyilənə görə yarımadada ölkə əhalisinin yarısı cəmlənib.

Köhnə Ağdamın yerində, ətraf 8 kəndlə birlikdə, 100 minlik yeni şəhər tikilir. Məncə, fürsətdən istifadə edib paytaxtı elə yeni tikiləcək Ağdama köçürmək olar, təsdiqlənmiş baş plana paytaxt elementləri əlavə etmək elə də çətin deyil. Bununla eyni zamanda iki iş görərik: bir yandan Bakının nəfəsi genələr, o biri yandan da gələcəkdə paytaxt üçün yeni şəhər tikməyə ehtiyac qalmaz, büdcə xərcinə filan qədər qənaət etməklə yeni paytaxt salmış olarıq.

Ağdam əhalisinin böyük qismini Xankəndiyə yerləşdirmək olar. Coğrafi baxımdan ortada yerləşən yeni paytaxtla ölkənin dörd bir tərəfini dəmir yolları şəbəkəsi, çoxzolaqlı avtomobil yolları ilə birləşdirib iqtisadi inkişafı, əhalinin rifahını, bölgələrarası inteqrasiyanı gücləndirmək, bununla da ölkənin mənzərəsini yaxşıya doğru xeyli dəyişə bilərik.

Bu həm də torpaqlarını azad etmiş, 100 illik "Qarabağ buxovu"ndan qurtulmuş ölkənin gələcək iqtisadi, siyasi, hərbi təhlükəsizliyinə, inkişafına ciddi zəminlərdən biri olar.

Vahid Qazi,
Yazıçı, publisist, bloger

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var