"Uydurma sülh gündəliyi təsdiqlənməyəcək”

2 Noyabr 2023 03:10 Gündəm 678
"Uydurma sülh gündəliyi təsdiqlənməyəcək”

“Ermənistan Respublikasının hökuməti və baş nazirinin yeritdiyi siyasətdən belə anlaşılır ki, onlar Ermənistanın Qarabağla bağlı konstitusiyada təsbit olunmuş öhdəliklərini təbliğ etməkdə qətiyyən maraqlı deyillər”.

Bu sözlərin müəllifi erməni siyasətçi, keçmiş deputat Anna Kostanyandır.

Baş nazirin bəyanatlarında əsas söz “əgər” sözüdür ki, bu da Azərbaycanın böyük ehtimalla münasibətlərin tənzimlənməsinin əsasında duran prinsiplərə əməl etməyəcəyini ifadə edir.

Əgər Azərbaycan bu prinsiplərə sadiq olsaydı, artıq sənəd imzalanardı. Azərbaycan Ermənistana qarşı ekspansionist iddialarında çox açıqdır.

Kostanyanın sözlərinə görə, bu qısa müddətdə qondarma sülh gündəliyinin təsdiqlənəcəyinə inanmaq sadəlövhlükdür: “Bunlar Ermənistan Respublikasının de-fakto baş nazirinin Qərb üçün ifadə etdiyi boş ümidlərdir”.

“Bu rejimin atdığı addımlar onu deməyə əsas verir ki, çox yaxın gələcəkdə nəinki Konstitusiya dəyişdiriləcək, hətta Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsi də ləğv ediləcək”, - deyə erməni müxalifətçi iddia edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var