Ölkədəki Qarabağ ermənilərini silahları təhvil verməyə çağırdı - Ermənistan DİN

31 Oktyabr 2023 12:10 Gündəm 587
Ölkədəki Qarabağ ermənilərini silahları təhvil verməyə çağırdı - Ermənistan DİN

Ermənistanın Daxili İşlər Nazirliyi Qarabağı könüllü tərk edərək ölkəyə gələn erməni sakinləri sahib olduqları qanunsuz silah-sursatı təhvil verməyə çağırıb.

Bu barədə məlumatı nazirlik yayıb.

Məlumatda qeyd olunur ki, silahlarını təhvil verən şəxslər məsuliyyətə cəlb olunmayacaq.

Bir neçə gün əvvəl Ermənistan DİN-in rəhbəri Vaqe Kazaryan parlamentdə çıxışı zamanı bildirib ki, Qarabağdan Ermənistana müəyyən miqdarda silah-sursat gətirildiyi barədə məlumat var.

O bildirib ki, özü ilə silah gətirən bəzi şəxslər artıq könüllü olaraq onları təhvil verib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var