Respublikamızda bəzi yayım operatorlarının lisenziyası ləğv edildi

27 Oktyabr 2023 15:50 Gündəm 850
Respublikamızda bəzi yayım operatorlarının lisenziyası ləğv edildi

Oktybarın 27-də Audiovizual Şuranın növbəti iclası keçirilib.

İclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş bir sıra yayım operatorlarının fəaliyyət göstərməmələri ilə bağlı lisenziyalarının ləğv edilməsi məqsədilə Şuraya müraciətləri müzakirə olunub.

İclasda Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin qeyd olunan məsələ ilə bağlı və həmin operatorların monitorinqlərinə dair məruzəsi dinlənilib.

Müzakirələrdən sonra lisenziya sahiblərinin müraciətləri nəzərə alınaraq "Albax TV" MMC, "Real Telecom" MMC və "Şam" MMC-nin müvafiq lisenziyalarının ləğv olunması barədə qərarlar verilib.

Həmçinin, yayım fəaliyyətinin 6 aydan çox müddətdə həyata keçirilməməsi səbəbindən “RA Technologies” MMC-nin də lisenziyası ləğv olunub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var