Sirləri açacaq: separatçıların davası böyüyür - Nikolun planı nədir?

26 Oktyabr 2023 17:30 Gündəm 645
Sirləri açacaq: separatçıların davası böyüyür - Nikolun planı nədir?

Qarabağda ləğv edilən qondarma rejimin “rəhbəri” Samvel Şahramanyan İrəvanda yeni çıxışa hazırlaşır.

Şahramanyan yaxın günlərdə “susqunluğunu” pozacaq və hər şeyi açıqlayacaq.

“Hraparak” nəşri yazır ki, Şahramanyan Babayandan fərqli olaraq Ermənistanın İctimai kanalında danışmayacaq: “Ona burada efir vaxtı verilməyib. O, sadəcə müsahibəsini dərc edəcək və hər şeyi – Qarabağdan çıxmamışdan öncə baş verənləri, aparılan danışıqlar, Ermənistana qayıdan erməni əhalisinin problemləri, o cümlədən, hansı problemlərin “ixtira edildiyini” açıqlayacaq”.

Şahramanyanın Paşinyan hakimiyyəti ilə qarşıdurması fonunda onun fikirlərinin yeni qarşıdurmaya səbəb olacağı gözləntisi var. Məlumatlara görə, Ermənistan hakimiyyəti separatçıları sıradan çıxarmaq üçün yeni addımlar atmağa hazırlaşır.

“Hraparak” yazır ki, Paşinyan Şahramanyana qarşı Babayanla yanaşı, yeni fiqur da irəli sürmək niyyətindədir.

“Məlumatlar var ki, hakimiyyət Babayanın Şahramanyana qarşı təşkil etdiyi aksiyadan razı qalmayıb. Artıq yeni fiquru oyuna daxil etmək niyyətindədir. Bu şəxsin keçmiş “xarici işlər naziri” Armen Qriqoryan olacağı gözlənilir”, - nəşr yazır.

Nəşr əlavə edir ki, Paşinyanın planı (qondarma) “artsax” “strukturlarını” ləğv etmək, onları QHT-yə çevirməkdir (publika.az).

Asif

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var