"Dövlət kanalından futbol elitasına çağırış: "Xankəndi stadionu gözləyir" - VİDEO

25 Oktyabr 2023 23:00 Gündəm 1 058
"Dövlət kanalından futbol elitasına çağırış: "Xankəndi stadionu gözləyir" - VİDEO

Deyəsən, Xankəndi şəhər stadionunda futbol matçı izləməyimizə çox az qalıb.

Bunu son günlər gedən proseslərə əsasən demək olar.

İlk öncə "Qarabağ" rəsmiləri adıçəkilən arenada olub, son durumla yerində tanış olmuşdular.

Ardınca AFFA və PFL nümayəndələri də Xankəndinə baş çəkib.

Məqsəd ən qısa müddətdə "Qarabağ"ın bir neçə ev oyununu Xankəndi stadionunda keçirməsinə nail olmaqdır.

Ən son isə Azərbaycan dövlət televiziyasında Xankəndindən hazırlanmış kadrlarda 15000 tutumu olan futbol məbədi ilə bağlı fikirlər diqqət çəkib.

Həmkarımız arenanın son görüntülərinin əks olunduğu videosujetdə "Xankəndi futbol stadionun yaşıl meydançası Azərbaycan Premyer Liqasının oyunlarını gözləyir" - deyə bildirib.

Həmin görüntüləri sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var