Ruslar Qarabağdan gedir - Cəmi 6 post qaldı

25 Oktyabr 2023 12:30 Gündəm 1 145
Ruslar Qarabağdan gedir - Cəmi 6 post qaldı

2023-cü il sentyabrın 19-dan etibarən Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının 8 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə postu bağlanıb.

Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyin günlük bülletenində deyilir.

Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 6 post quraşdırılıb. Onlardan 2-i Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərir.

Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağın məskunlaşma olan ərazilərinə elektrik enerjisi və qazın verilməsinin bərpası istiqamətində işlər davam etdirilir.

Rusiya MN-nin 17 oktyabr tarixli bülletenində Qarabağda 13 postun quraşdırıldığı qeyd edilmişdi. Onlardan 8-i Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərirdi.

Yeddi günün (17-24 oktyabr) statistikasına nəzər yetirsək, yeni quraşdırılmış 6 yeni postun bağlandığını vurğulaya bilərik.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var