Azərbaycan kubokunun finalı Xankəndində keçiriləcək? – SON DƏQİQƏ

24 Oktyabr 2023 13:00 Gündəm 1 381
Azərbaycan kubokunun finalı Xankəndində keçiriləcək? – SON DƏQİQƏ

Ölkə kubokunun növbəti mövsümünün finalı Xankəndində keçirilə bilər.

Saytımız bununla bağlı yeni məlumat əldə edib.

Redaksiyamıza daxil olan qeyri-rəsmi informasiyaya görə, bu məsələ AFFA və Peşəkar Futbol Liqasının (PFL) gündəmindədir.

Federasiyanın baş katibi Sərxan Hacıyev və PFL-in prezidenti Elxan Səmədov bugünlərdə adıçəkilən şəhərə yollanıb, futbol infrastrukturu ilə yaxından tanış olub.

Təbii ki, onlar şəxsi istəkləri və təşəbbüsləri ilə Qarabağın bu hissəsinə getməyib. Səfər müvafiq dövlət qurumları ilə razılaşdırılıb.

Kubokun final matçı gələn ilin iyunda (2-də) keçiriləcək. Təşkilati məsələlərin həlli üçün kifayət qədər vaxt var. Amma görüləcək iş də çoxdur.

Sözügedən arenanın tutumu 15 min nəfərdir. Təbi qazonlu idman qurğusu ötən əsrin ikinci yarısında tikilib.

Stadionun ciddi təmirə ehtiyacı var. Bu barədə dövlət qurumlarına məruz edilib. Uzun müddət istifadə olunmadığı üçün burada yenidənqurma işlərinin aparılması zəruridir.

Qazonla səliqəyə salınmalı, tribunaların oturacaqları dəyişdirilməlidir. Çünki plastik skamyalar qondarma rejimin «bayrağ»ının rənglərindədir.
Hakimlər və paltardəyişmə otaqlarına «əl gəzdirilməlidir».

Stadionun ərazisində ümumiyyətlə tör-töküntü çoxdur və onların da təmizlənməsi mütləqdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti