Xəzər dənizi ilə bağlı QORXUNC REALLIQ üzə çıxdı - VİDEO

23 Oktyabr 2023 15:50 Gündəm 1 046
Xəzər dənizi ilə bağlı QORXUNC REALLIQ üzə çıxdı - VİDEO

Xəzər dənizində suyun səviyyəsi enməkdə davam edir.

Suyun səviyyəsi son 10 ildə 114 sm enib.

Coğrafiya elmlər doktoru Səid Səfərov bildirib ki, bunun səbəblərindən biri Xəzərə tökülən çaylarda axımın azalmasıdır. Hətta, Kür çayı son 2 ildə Xəzər dənizinə şirin su gətirmir.

Səid Səfərov onu da bildirib ki, Xəzər dənizində suyun azalması, çaylarda axımın azlmasından sürətli baş verir. Buna səbəb isə səthə düşən yağıntının miqdarının azalması, buxarlanma prosesinin isə artmasıdır.

Coğrafiya elmlər doktoru onu da əlavə edib ki, Xəzərdə suyun səviyyəsinin azalması həm limanların işinə, həm də suda yaşayan canlılara problem yaradır.

Səid Səfərov deyir ki, son dövrlərdə şərq və cənubdan əsən isti küləkli günlərin sayı artıb.

Nəticədə Xəzər dənizində suyun səviyyəsi 2 metrə qədər düşür. Havanın temperaturunun yüksəlməsi sututarlarla yanaşı, meşələrin də sərhədlərinin dəyişməsinə səbəb olur.

Bununla mübarizə aparmaq üçün isə müasir suvarma şəbəkələri qurulmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var