Yaxın dostu Qurban Qurbanovla bağlı bu sözləri yazdı: “Mənim ədalətli qardaşım”

23 Oktyabr 2023 22:20 Gündəm 740
Yaxın dostu Qurban Qurbanovla bağlı bu sözləri yazdı: “Mənim ədalətli qardaşım”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova ədalətli oyun prinsiplərinə görə verilən ən nüfuzlu idman mükafatı “Jean Borotra World Fair Play Career” ilə təqdim olunub.

O, mükafatı Beynəlxalq Feyr-Pley Komitəsinin (CİFP) Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan təqdimetmə mərasimində alıb.

Qurbanov karyerası ərzində ədalətli oyun prinsiplərinə sadiqliyinə görə verilən bu mükafata layiq görülən ilk azərbaycanlı kimi tarixə düşüb.

Təcrübəli mütəxəssisin bu uğuruna sabiq futbolçusu, yaxın dostu Rəşad Sadıqov da biganə qalmayıb.

Hazırda “Zirə”ni çalışdıran “Qarabağ”ın keçmiş müdafiəçisi öz instaqram hesabından Qurbanovla bağlı paylaşım edib.

O, Qurban Qurbanovun mükafatını aldığı yerdə olan fotosuna “Mənim ədalətli qardaşım” başlığın seçərək izləyiciləri üçün paylaşıb.

Qurbanov UEFA Avropa Konfrans Liqasının 2022-ci ildə keçirilən pley-off mərhələsinin “Qarabağ” – “Marsel” matçında İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirib.

2015-ci ildə “İnter”lə Premyer Liqa, üç il sonra “Kuban”la yoxlama oyununda hakimlərin səhv penalti qərarından sonra futbolçulara zərbəni qeyri-dəqiq vurmağı tapşırıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var