“Şuşada nəqliyyatın hərəkəti minimuma endiriləcək”

20 Oktyabr 2023 18:30 Gündəm 623
“Şuşada nəqliyyatın hərəkəti minimuma endiriləcək”

“Şuşa şəhərində nəqliyyatın hərəkəti minimuma endiriləcək”.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov “Müasir şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli” panelində çıxışı zamanı bildirib.

“Şuşada demək olar ki, piyada gəzməklə əlçatan məsafədə istənilən nöqtəyə yetişmək mümkündür. Planlaşdırma elədir ki, əlçatan məsafədədir və 15-20 dəqiqə ərzində hər hansı yerə çatmaq mümkündür.

Şəhərdə planlaşdırılan yaşayış evləri 3-4 mərtəbəlidir və yaşayış evlərində birinci mərtəbədə yaşayacaq insanlar üçün həyətyanı sahə var.

Şuşada 196 memarlıq abidəsi mövcuddur. Bütün abidələr qorunub saxlanacaq.

Şuşanın xüsusilə müsəlmanlar yaşayan 17 məhəlləsi memarlıq abidələri ilə zəngindir", - deyə İlqar İsbatov vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var