Ən çox qəzalı vəziyyətdə olan bina Bakının hansı rayonlarındadır? - VİDEO

16 Oktyabr 2023 19:30 Gündəm 622
Ən çox qəzalı vəziyyətdə olan bina Bakının hansı rayonlarındadır? - VİDEO

“Qəzalı vəziyyətdə olan binaların söküntüsü əsasən Bakı şəhərinin mərkəzi rayonlarını əhatə edəcək”.

Bunu Xezerxeber.az-a əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, indiyə qədər Bakının müxtəlif ərazilərində istismar müddətini başa vurmuş bir neçə bina sökülüb, amma bəzi yerlərdə çox sayda belə bina qalmaqdadır.

Elnur Fərzəliyev açıqlayıb ki, ən çox qəzalı vəziyyətdə olan bina Nəsimi, Nərimanov, Yasamal və Səbail rayonlarındadır.

Əmlak eksperti Ramil Osmanlı isə bildirib ki, nəniki mərkəzi hissələrdə, paytaxtın digər ərazilərində də onlarla qəzalı vəziyyətdə olan bina var.

Ekspertin sözlərinə görə, Bakıda 1970-ci ildən əvvəl tikilmiş yaşayış binaları var ki, onlar ipoteka üçün də yararsız hesab olunur.

O əlavə edib ki, qəzalı vəziyyətdə olan binalar çox olduğuna görə onların söküntüsü mərhələli şəkildə həyata keçirilə bilər.

Daha ətraflı videomaterialda:

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var