Rövnəq Abdullayev həbs olunacaq? – ŞOK XƏBƏR YAYILDI!

16 Oktyabr 2023 11:20 Gündəm 6 332
Rövnəq Abdullayev həbs olunacaq? – ŞOK XƏBƏR YAYILDI!

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə səfər qarşılaşmasına getməyib.

Baxmayaraq ki, onun səfəri əvvəlcədən planlaşdırılmışdı.

AFFA-nın baş katibi Sərxan Hacıyev mətbuata verdiyi açıqlamada bunu Rövnəq Abdullayevin işinin çoxluğu ilə əlaqələndirib.

“Rövnəq müəllim həm də iqtisadiyyat nazirinin müavinidir. Qrafik sıxlığı ilə bağlı bura gələ bilmədi. Amma komanda ilə görüş oldu, telefon bağlantısı ilə qoşulmuşdu. Bir çox məsələlər müzakirə edildi”, - Hacıyev deyib.

Amma AFFA prezidentinin Estoniyaya getməməyinin səbəbi bu deyil.

Sportinfo.az xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, Rövnəq Abdullayevin Azərbaycandan çıxışına qadağa qoyulub. Məlumata görə, AFFA prezidentinin həm sabiq iş yeri SOCAR-da, həm də AFFA-da böyük yeyinti aşkarlanıb.

Söhbət milyardlarla manat vəsaitdən gedir. Ona görə də Rövnəq Abdullayevin ölkədən çıxışına qadağa qoyulub. Onun həbs olunma ehtimalının da olduğu bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var