Qarabağdakı 10 min silahlı üçün gerisayım başladı

28 Mart 2023 16:30 Gündəm 853
Qarabağdakı 10 min silahlı üçün gerisayım başladı

Belə görünür Azərbaycan ordusunun Xankəndiyə aparan iki torpaq yola nəzarəti təmin etməsi də erməni terrorçularını ağıllandırmayıb. Hər halda yenə də “xaric” səslər çıxarmaları bundan xəbər verir.

Anlamırlar ki, bir gün Azərbaycan ordusu Laçın rayonunun girişində qapını bağlasa, onların Qarabağdan cəhənnəm olub getmələri mümkünsüz olacaq.

Bəlkə də Azərbaycan dövləti Laçın rayonunun Gorusla sərhədində sərhəd-keçid məntəqəsinin qurulmasını məhz buna görə yubadır, Qarabağdakı 10 minlik terrorçu-quldur dəstəsinin çıxıb getmələri üçün faktiki dəhliz saxlayıb.

Əgər rədd olmasalar, o halda onların məhvi, yaxud Qobustan qapalı təcridxanasına doldurulması qaçılmaz olacaq, yer çatmayacaq, təbii ki, amma həbsxana taparıq.

Beləcə, Qarabağdakı 10 min silahlı üçün gerisayım başlayıb: Laçın qapısı bağlanandan sonra onların çıxışı mümkünsüz ola bilər. Odur ki, silahlarını yerə qoyub, aradan çıxsalar, sonra anaları ağlar qalmaz!

Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarır - Rəsmi İrəvandan  AÇIQLAMA - Yeni Gəncə

Bilirik ki, onların bir çoxu girovluqdadır. Budur, Qarabağdakı separatçılar xəbər yayıblar ki, martın 27-də səhər saat 9-da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Xankəndi-Turşsu torpaq yolunun kənarında yerləşən yüksəkliklərdən birinə doğru irəliləməyə cəhd göstərib və guya qarşısı alınıb. Başları bədənlərinə ağırlıq edir göründüyü kimi...

Ermənistandakılar vəziyyəti anladığı üçün susublar, separatçılar isə Rusiya Federasiyasının sülhməramlı qoşunlarının komandanlığında nicat gözləyir. Ancaq qanmaq istəmirlər ki, bu torpağın sahibi var! Azərbaycan komandoları, xüsusi təyinatlıları bir gecə qəfildən gəldi və silah-sursat daşınan yolları nəzarətə aldı. Səssiz-səmirsiz rədd oldu quldurlar, silaha əl atsaydılar, “İti qovan”lara “yem” olacaqdılar...

Yeni istehsal edilən PUA-lara

Bu, unikal əməliyyatın yaxın zamanda keçiriləcəyi artıq heç kimdə şübhə doğurmurdu. Azərbaycanın ekofəalları konkret tələblərlə dekabrın 12-sindən etibarən Laçın yolunda fasiləsiz etirazlara başlayandan bəri yoldan humanitar məqsədlərlə istifadəyə hər hansı maneə yaradılmasa da, gündə onlarla yük və minik avtomobilləri, erməni sərnişinlər, o cümlədən xəstələr insidentsiz hər iki istiqamətdə hərəkət etsələr də, separatçılar və onların dəstəkçiləri saxta hay-küyü davam etdirdilər, Azərbaycanı “Laçın yolunu bloklamaqda” ittiham etdilər. Amma separatçılar Azərbaycanı şantaj etməklə sadəcə başımızı qatmağa çalışdı, gizli yollarla silah-sursat, zəruri malların daşınması Rusiya hərbçilərinin müşayiəti ilə daşınırdı, çoxsaylı videofaktların davamlı şəkildə yayılması bütün bəhanələrin üstündən xətt çəkdi.

Blinken İlham Əliyevə zəng etdi

Azərbaycan terrorçuların bu həyasızlığına sonsuzadək dözə bilməzdi təbii ki... Yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdi. Dövlət katibi Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirəndə Azərbaycan Prezidenti tutarlı faktlarla narahatlığın əbəs olduğunu demiş və Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirmişdi. Həmçinin Prezident Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd etmişdi.

Laçın dəhlizinə alternativ yeni yol bu tarixdə istifadəyə veriləcək

Martın 21-də Antoni Blinkenlə İlham Əliyev arasında növbəti telefon danışığı oldu. Bu dəfə də Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunmuşdu. Dövlətimizin başçısı qeyd edib ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4 700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. Buna görə də bu yolun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır. Azərbaycan Prezidenti vurğulamışdı ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda dövlətimizin başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb. Bir daha diqqət çəkək: “Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyü...”

photo_2023-03-27_18-00-38.jpg (168 KB)

Bu, həm də o deməkdir ki, separatçıların gizli yollarına nəzarətlə iş bitməyəcək, SON NÖQTƏdə SƏRHƏD-KEÇİD MƏNTƏQƏSİNİN YARADILMASI LABÜDDÜR!

Dövlətimizin aydın mövqeyi var: Azərbaycan vətəndaşı olmaq istəyən erməni sakinlərlə təmaslara hazırdır, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün mülki ermənilər martın 27-sində ikinci dəfə Bakıya da dəvət edilib. Əgər bu dəfə də imtina etsələr, üçüncü dəvət olmaya bilər. Bu dəfə “Laçın yolu Gorusadək açıqdır”-mesajını ala bilərlər...

İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək  görüşü olub

Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı da Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib. Deyib ki, 2023-cü il martın 20-də Avropa İttifaqı missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb və martın 5-də Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribat zamanı 2 hərbi qulluqçumuz şəhid olub. Bu, həm də o demək idi ki, Azərbaycan əsgərinin qanını tökənlər cəzasız qalmayacaq, kimliyindən asılı olmayaraq. Növbəti dəfə eyni cinayət təkralanacaqsa, daha ağır zərbələr gələcək, bunu hər kəs bilməlidir! (musavat.com)

Elşad Paşasoy

Digər Xəbərlər
Xəbər Lenti