Bakıda yeni stadion tikiləcək – Federasiyadan MÜHÜM AÇIQLAMA

6 Dekabr 2022 10:40 Gündəm 1 398
Bakıda yeni stadion tikiləcək – Federasiyadan MÜHÜM AÇIQLAMA

Gələn il ölkənin minifutbol həyatında mühüm hadisə baş verəcək.

Bu barədə Sportinfo.az-a Azərbaycan Miinifutbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Abışov bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə Bakıda bu idman növünin standartlarına uyğun arena tikiləcək:

«Federasiyamızın fəxri prezidenti Orxan Məmmədovun bildirdiyi kimi, milli komandamız Avropa çempionatında qızıl medallar qazanandan sonra minifutbola maraq xeyli artıb.

Artıq Bakıda belə bir stadiona böyük ehtiyac var. Minifutbol stadionunun ölçüləri normal futboldan fərqlənir. Hazırda istifadə etdiyimiz meydançalar da o cümlədən.

Qarşımızda millimizi bir sıra mötəbər yarışlar gözləyir. Ola bilsin ki, yaxın gələcəkdə belə turnirlər Azərbaycanda keçirilsin.

Hər halda federasiyamız bu istiqamətdə çalışır və konkret işlər görür. Yeni stadion Bakıda tikiləcək.

Harada tikiləcək? Hələlik yeri dəqiqləşməyib.

Gələn ilin əvvəlində bununla bağlı müzakirələr aparılacaq. Ümid edirəm ki, bu msələ də qısa zaman öz müsbət həllini tapacaq».

Digər Xəbərlər
Xəbər Lenti