Araik Xankəndidə “konstitusiyaya düzəliş” edir: “ruslaşma”, yoxsa...

28 Sentyabr 2022 13:50 Gündəm 1 702
Araik Xankəndidə “konstitusiyaya düzəliş” edir: “ruslaşma”, yoxsa...

Bir neçə gündür ki, qondarma “artsax”da ikili vətəndaşlığı “konstitusiya səviyyəsində legitimləşdirməklə” bağlı geniş müzakirələr başlayıb.

“Artsax konstitusiyası”nın yenilənmiş layihəsi artıq hazırlanıb və müvafiq saytda yerləşdirilib.

Bildirilir ki, nə “Dağlıq Qarabağ Respublikasının” 2006-cı il “konstitusiyasında”, nə də 2017-ci ildə yenilənmiş variantda “artsax” ikili vətəndaşlıq məsələsi əks olunmayıb. İndi ikili vətəndaşlıq məsələsinin “konstitusiya səviyyəsində tənzimlənməsi” təklif edilir. İndiyədək 10-larla belə “qanunlar” çıxarıblar, “referendumlar” keçiriblər. Amma son aylar Xankəndidə “erməni qazanını” yenidən qaynatmağa başlayıblar. “Liderləri” Avropanı, Amerikanı qapı-qapı gəzirlər, yenə “müstəqillik”, yenə “status” deyirlər. Yəni bu ikili vətəndaşlıq məsələsi qəfil ortaya çıxmayıb. Rusiya hərbi kontingenti bölgəyə gələn kimi tələsik rus dilinə “ikinci dövlət dili statusu” verdilər.

Məsələyə primitiv yanaşsaq, deyək ki, rusiyalı milyarder Vardanyan qəfil Xankəndidə yaşamaq fikrinə düşdüyünə və digər varlı erməniləri də Qarabağa çağırdığına görə ikili vətəndaşlığı “legitimləşdirirlər”. Amma daha geniş baxsaq, bu, təhlükəli addımdır. Əvvəla, Qarabağı dünyanın dörd bir tərəfindəki hər cür zir-zibil erməni ilə doldura bilərlər. İkincisi, Azərbaycan sabah yeni yolda post qurub Qarabağa getmək istəyən “qeyri-vətəndaşları” geri göndərə bilər ki, bunu əvvəldən “ikili vətəndaşlıqla” sığortalaya bilərlər. Üçüncüsü, Rusiya vətəndaşlığı məsələsidir. Ermənilər Rusiya sülhməramlılarının vaxtı bitənədək mümkün qədər “ruslaşmaq” istəyə bilərlər. Rusiyada ikili vətəndaşlıq qadağandır. Rusiyada bir ölkənin pasportunu daşıyanlar ikili vətəndaş yox, iki vətəndaşlığı olan şəxs sayılırlar və son zamanlar bu təcrübənin də aradan qaldırılması ilə bağlı çağırışlar səslənir. Həmçinin Qarabağda “rus icması” yaradılması da bu ssenariyə hesablanmış görünür.

Sahib Alıyev: Azərbaycan koronavirusa qarşı regional və qlobal müstəvidə  fəal mübarizə aparır - AZƏRTAC

Sahib Alıyev

Deputat Sahib Alıyevin fikrincə, ermənilərin bir çoxu törətdikləri cinayətə görə Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklərini yaxşı bildiklərindən Qarabağdan getmək üçün Ermənistandan başqa hansısa ölkənin vətəndaşlığını qəbul etmək istəyirlər. Çünki Ermənistanın da gələcəyini qaranlıq görürlər və üstəlik, orada Qarabağ ermənilərinə yaxşı yanaşılmadığını bilirlər. Yeri gəlmişkən, həftəsonu ermənilər Xocavəndin mərkəzində - Xocavənd şəhərində aksiya təşkil ediblər. Məlumata görə, mitinqə toplaşanlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar səsləndirib, dövlətimizin ərazisində qondarılmış separatçı-terrorçu rejimin dünya birliyi tərəfindən “müstəqil dövlət” kimi tanınmasını tələb ediblər. Aksiyada eyni zamanda hazırda Xankəndidə Araik Arutyunyanın başçılıq etdiyi xuntanın rüşvətxorluq və korrupsiyaya son qoyması tələbləri də ifadə edilib. Hər halda, ermənilərin fəallaşdığı göz önündədir. Rəsmi Bakı isə hələ ki, ermənilərin yeni hoqqalarına münasibət bildirməyə tələsmir. Bəs ekspertlər bu gedişatı necə qiymətləndirir?

Çingiz Qənizadə:

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, oyuncaq respublikanı heç kim tanımır: “Eləcə də Rusiya onun müstəqilliyini qəbul etmədiyi üçün bu ərazilərdə rus pasportu paylaya bilməz. Belə olan halda ikili vətəndaşlıq qeyri-mümkündür, Rusiya bu addımı atmaz. İkincisi, Rusiya Ermənistanda olan vətəndaşların ikili vətəndaşlığına baxa bilər, yəni Qarabağda mümkün görünmür. Misal üçün, Luqansk və Donetskdə işğaldan sonra zorla bu prosesi tətbiq etməkdədir, üstəlik, bu əraziləri özünə birləşdirir. Amma Qarabağda alınmayacaq, Rusiya Xankəndi və ətraf bölgələri özünə birləşdirə bilməz. Sadəcə, görünən budur ki, hayların planları uzağa köklənib və Azərbaycanın tərkibində, bizim qanunlarla yaşamaq istəmirlər”. Hüquq müdafiəçisi hesab edir ki, rəsmi Bakının artıq son addımları Qarabağda separatizmin və terrorçuların təmizlənməsi, onların kökünün kəsilməsi ilə bağlı olmalıdır: “Biz Xankəndi, Xocalı və Xocavənddə əməliyyatlar həyata keçirməliyik. Bu günə qədər erməni silahlıları və texnikası bölgədən çıxarılmayıb və 10 noyabr sənədinin 4-cü bəndi icra edilmir. Bu vəziyyətdə azad edilən ərazilərdə tikinti işlərini görənlər, yurd-yuvasına qayıdacaq insanlar üçün təhlükə mövcuddur. Ona görə separatçılar təmizlənməlidir, bu məsələyə son qoyulmalıdır. Amma ermənilər xarici dəstək əldə etməklə bu cür yaramaz hərəkətlərini davam etdirməyə can atırlar”.

Azərbaycan Ramşteydəki anti-Rusiya tədbirinə dəvət edilib?

Murad Sadəddinov

Siyasi analitik Murad Sadəddinov qəzetimizə bildirdi ki, Qarabağda olan qüvvələr çox qərarlar qəbul edə, istəklərini deyə bilərlər: “Lakin onların dillərinə gətirdiyi qərarların heç bir hüquqi əhəmiyyəti yoxdur. Ermənilər ikili deyil, lap 22 vətəndaşlıq qərarını versinlər, Azərbaycan üçün heç bir önəm kəsb etmir. Çünki onların qanunsuz qərarları işlək olmayacaq. Sadəcə, gələcəkdə ağır cəzasını çəkəcəklər və bu hərəkətlərlə öz talelərini çətinləşdirəcəklər. Bu gün Rusiya-Azərbaycan münasibətlərini nəzərə alsaq, orada rus pasportu paylanacağını da ehtimal etmirəm”.

Azad MƏSİYEV - TEZADLAR

Azad Məsiyev

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin bildirdiyinə görə, ermənilər çalışır ki, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq müstəviyə çıxsın, bunun da fonunda Xankəndidə yaşayan etnik ermənilərin “status” məsələsini gündəmə çıxarsınlar: “Prezident Baydenin məktubda qeyd etdiyi "Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla, münaqişənin sülh yolu ilə həllini təşviq edəcəyik" fikri də təsadüfi deyil. Dünyada prezidentlərin məktubu hərtərəfli təhlil edilir, sonra göndərilir. Xüsusilə münaqişə olan bölgədə tərəflərdən birinə göndərilən məktub, bəyanatlar, çağırışlar xüsusi diqqət tələb edir. Prezident Baydenin məktubunda “Dağlıq Qarabağ xalqı” fikrinin xüsusi diqqət çəkməsi təsadüfi deyil. Əvvəla, Xankəndidə yaşayan ermənilər xalq deyil, etnik ermənidirlər. Belə olan təqdirdə Bayden “Dağlıq Qarabağ xalqı” fikrini niyə dövriyyəyə buraxır? Yenə “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməklə münaqişənin tərəfi kimi Xankəndidə yaşayan erməniləri gündəmə gətirməkdədir. Bu fikir bizim maraqlarımıza, o cümlədən 10 noyabr sənədinin (kapitulyasiya) mahiyyətinə ziddir. Bizim üçün “Dağlıq Qarabağ xalqı” münaqişə tərəfi deyil, əslində münaqişə tərəfi Ermənistan dövlətidir. 44 günlük müharibə dövründə Rusiya prezidenti Putin açıq şəkildə bəyan etdi ki, müharibə Azərbaycanın ərazisində gedir, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Ona görə də indi separatçılar ruhlanıblar, hansısa ikili vətəndaşlıq mövzusunu ortaya atıblar. Onların istəkləri puça çıxacaq".

Oxu.az - Ramiyə Məmmədova:

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, Qarabağa kənardan erməni köçü üçün zəmin hazırlana bilər: “Bu məntiqlə, biz Qarabağla Ermənistanı birləşdirən yeni yola nəzarəti gücləndirməli və rus hərbçiləri qarşısında konkret tələblər qoymalıyıq. Əgər gələcəkdə Xankəndi və ətraf rayonlarda ermənilərin sayını artırmaq planı qurulursa, bu siyasətə dəstək verən məkrli qüvvələr varsa, biz açıq siyasət aparmalıyıq. Sözsüz ki, bu gün Moskva Bakı ilə əlaqələri nəzərə alaraq buna getməz, amma Ermənistanda sözəbaxan hakimiyyət qurularsa, Xankəndidə rus pasportu proyekti işə düşə bilər. Buna hazır olmalıyıq və indidən konturaddımlar atmalıyıq. Birincisi, Rusiyanı razı salmaq lazımdır ki, "artsax"ı tam darmadağın edək, külünü havaya sovuraq, orada mülki erməni əhalisi qalsın və sülhməramlılar da nəzarəti təmin etsinlər; ikincisi, Xankəndi və ətraf ərazilərdə dövlət orqanlarımızın fəaliyyəti təmin olunmalıdır. Üçüncüsü, Qarabağın dağlıq ərazisindən olan köçkünlər qaytarılmalıdır ki, ermənilər sayca çox görünməsinlər və ikili vətəndaşlıq adı ilə çoxalmasınlar. Sülhməramlının borcudur ki, 2025-ci ilədək Xocalı, Xocavənd, Xankəndi, Şuşanın ermənilər yaşayan kəndlərinə azərbaycanlı qaçqınların qayıdışını təşkil etsin, təhlükəsizliyi təmin eləsin. Necə ki müharibədən dərhal sonra avtobuslarla erməniləri bu ərazilərə qaytardılar, amma bizim qaçqınlar Dağlıq Qarabağa gedə bilmir. Ona görə qarşıda uzun proses var, böyük ehtimalla sülhməramlı kontingenti daha 5 il də orada qalacaq ki, bu məsələləri həll edək. Ancaq dünya sürətlə dəyişir, Rusiyanın mövqeyinin necə olacağı hələ bəlli deyil, ABŞ və Fransadan separatizmə dəstəyin nə şəkildə davam edəcəyini də proqnozlaşdırmaq çətindir. Ona görə işimizi bərk tutmalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti