Daha ona-buna yalvarıb-yaxarmırıq…

09:40 Milli komanda 184
Daha ona-buna yalvarıb-yaxarmırıq…

Bizim üçün dünya çempionatının seçmə mərhələsinin dördüncü turu dünən arxada qaldı.

Ev oyunlarını Polşanın Krakov şəhərində qəbul edən Ukrayna ilə qarşılaşdıq.

Rəqibə başdan-sona müqavimət göstərdik, təəssüf, yenə uduzduq.

Qarşılaşma ilə bağlı fikirlər müxtəlifdir. İndi hərənin ağzından bir avaz gəlir. Təbii ki, heç kimin ağzını yummaq olmaz.

Adiləşmiş, sadələşmiş, az qala hər gün eşitdiyimiz söz var - bu, futboldur. Və biz bu futbolun içində bir parçayıq.

Ən azından, onun bir hissəciyi olmağa can atırıq. Keçən aya kimi heç buna cəhd də yox idi.

İndi döyüşürük. Məğlubiyyətlə öncədən barışmırıq. Özümüzü zəif göstərmirik.

Rəqibin önündə lap kiçilmirik. Qımıldanırıq.

Olur ki, oyunun gedişində bəzən dişimizi qıcayırıq. Olur ki, bəzən yumruq atırıq, təpik atırıq.

Hər halda başımızı aşağı salıb, gəlib-gedənə «vur» demirik. Dedizdirmirik.

Yalvarıb-yaxarmırıq ki, siz Allah, bizə az qol vurun. Sizə təəccüblü gələcək, ama inan ki, əvvəllər belə hallar, hadisələr olub.

Bir dəfə yox, iki dəfə yox, dəfələrlə!

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk