
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Sportinfo.az xəbər verir ki, Türkiyə millisi E qrupundakı dördüncü matçında Gürcüstan yığmasını qəbul edib.
Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:1. Bu qrupun digər görüşündə isə İspaniya seçməsi doğma meydanda Bolqarıstanı 4 cavabsız qolla üstələyib.
F qrupunda Portuqaliya millisi evdə Macarıstanla bacarmayıb - 2:2. I qrupunda Estoniya Moldova ilə heç-heçə edib, İtaliya İsrailə qalib gəlib.
K qrupunda isə İngiltərə millisi Latviyanın qapısından 5 cavabsız top keçirib, Serbiya kollektivi səfərdə Andorranı məğlub edib.
Bu nəticələrdən sonra xallarını 18-ə çatdıran İngiltərə millisi Avropa qitəsindən mundialın final mərhələsinə vəsiqə qazanan ilk komanda olub.