"Belə olmasa, biz Azərbaycan komandasına heç bir problem yaratmayacağıq”

02:40 Milli komanda 81
"Belə olmasa, biz Azərbaycan komandasına heç bir problem yaratmayacağıq”

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə keçirilmiş matçın ilk hissəsində futbolçulardan narazı qalıb.

Sportinfo.az "RMC Sport"a istinadən xəbər verir ki, mütəxəssis birinci yarı başa çatandan sonra fasilə vaxtı paltardəyişmə otağında sərt çıxış edib.

Deşam Mbappenin hər zamankı kimi mübarizə aparmasını istəyib:

"Belə olmasa, biz rəqib üçün heç bir problem yaratmayacağıq. Sadəcə, çıxılmaz vəziyyətə düşəcəyik.

Sürətimizi artıranda onları çətin vəziyyətə salırıq. Bu templə nə onlar, nə də biz yorulacağıq. Siz bacardığınızın ən yaxşısını etməlisiniz".

Azərbaycan millisi Parisdəki qarşılaşmada rəqibinə 0:3 hesabı ilə uduzub. Meydan sahibləri ilk hissədə yalnız 1 qol vura bilib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!