Millinin müvəqqəti baş məşqçisi ona yönələn tənqidlərə nə cavab verdi?

00:30 Milli komanda 134
Millinin müvəqqəti baş məşqçisi ona yönələn tənqidlərə nə cavab verdi?

Azərbaycan U-21 millisinin müvəqqəti baş məşqçisi Rəşad Eyubov feysbuk hesabında açıqlama yayıb.

Sportinfo.az xəbər verir ki, komandaya yeni gələn çalışdırıcı Avropa çempionatının seçmə mərhələsində Çexiyaya 0:5 hesablı məğlubiyyət və Şotlandiya ilə 3:3-lük heç-heçədən sonra ona yönələn tənqidlərə cavab verib.

“İki fərqli, amma eyni dərəcədə çətin oyun, Çexiyaya məğlubiyyət və Şotlandiya ilə heç-heçə...

Bu oyunları komandanın inkişaf mərhələsi kimi qəbul edirik. Səhvlər və çətinliklər futbolda təbiidir və əsas odur ki, hər addım bizi irəli aparsın.

Milli komandaya diqqətin çox olması normaldır və bu məni qorxutmur. Əksinə, məni daha güclü olmağa vadar edir.

Mən futbolda ilk günümü keçirmirəm. Akademiyadan peşəkar səviyyəyə qədər yolu keçmişəm və yaxşı bilirəm ki, inkişaf üçün zaman, intizam və səbir lazımdır.

Bu günlərdəki peşəkarlığa, enerjiyə və səmimi əməyə görə məşqçi heyətinə, federasiyaya və futbolçularımıza təşəkkür edirəm. Bu sadəcə başlanğıcdır və biz hara getdiyimizi bilirik”, - məşqçi bildirib.

Rəşad Eyubov təkcə millinin “sükanı arxası”ndakı nəticələrə görə yox, həm də Şotlandiya ilə 3:3 heç-heçə etdiyimiz oyundan sonra açıqlaması ilə tənqidlərə tuş gəlmişdi.

Onun “biz Şotlandiyaya 3 qol vurdu, bunu nə Çexiya, nə də Portuqaliya bacarmışdı” açıqlaması etirazla qarşılanıb. Çünki Şotlandiya meydanda 9 nəfərlə mübarizə aparsa da, komandamız rəqibini üstüələyə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!