“Qarabağ”dan gələn bu xəbər hər kəsi sevindirəcək!

15 Oktyabr 21:20 Qarabağ 716
“Qarabağ”dan gələn bu xəbər hər kəsi sevindirəcək!

“Qarabağ”ın aparıcı futbolçusundan xəbər var.

Söhbət yarımmüdafiənin “ürəyi” Marko Yankoviçdən gedir.

Klubun mətbuat katibi Anar Hacıyevin saytımıza verdiyi məlumata görə, bir aydır zədədən əziyyət çəkən 29 yaşlı futbolçu məşqlərə başlayıb.

Sevindirici məqam Markonun kollektiv hazırlıqlarda iştirak etməsidir.

“Benfika” ilə səfər qarşılaşmasında zədələnən təcrübəli isim “Kopenhagen”lə Bakıdakı matçı kənardan izləmişdi.

İlkin diaqnozdan sonra onun avrokuboklarda bir neçə oyunu buraxacağı deyilsə də, müalicə prosesi uğurla keçib.

Odur ki, Çempionlar Liqasının Bilbao “Atletik”i ilə səfər qarşılaşmasında meydana çıxmağa hazır olacaq. Baş məşqçi Qurban Qurbanov buma ehtiyac duysa.

Sözügedən oyun oktyabrın 22-də İspaniyada baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk