Daha 6 ölkə dünya çempionatına vəsiqə qazandı - SİYAHI

Daha 6 ölkə dünya çempionatına vəsiqə qazandı - SİYAHI

Daha 6 milli komanda 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Avropa zonasından İngiltərə, Afrika zonasından Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Asiya zonasından isə Səudiyyə Ərəbistanı və Qətər tarixdə ilk dəfə 3 ölkənin təşkilatçılığı və 48 yığmanın iştirakı ilə təşkil olunacaq mundialın əsas mərhələsində iştirak hüququ əldə ediblər.

Bununla da mundiala yollanacaq ölkələrdən 28-nin adı rəsmiləşib.

Daha əvvəl ev sahibləri (Meksika, ABŞ, Kanada), Braziliya, Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Paraqvay, Mərakeş, Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana və Kabo Verde DÇ-2026-ya yüksəlib.

Turnir gələn il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!