“Çətin oldu, amma əsas odur ki, Azərbaycan millisini uda bildik”

10:40 Milli komanda 102
“Çətin oldu, amma əsas odur ki, Azərbaycan millisini uda bildik”

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı oyun Ukrayna yığması üçün çətin olub.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın futbolçusu Aleksey Quçulyak açıqlama verib.

27 yaşlı yarımmüdafiəçi matçla bağlı təəssüratlarının yaxşı olduğunu bildirib:

"Buna baxmayaraq, bizim üçün çətin oyun oldu. Amma əsas odur ki, qələbə qazana bildik.

Bu qalibiyyəti bütün ukraynanılara və əsgərlərimizə həsr edirik. Onlara görə qələbəyə nail olduq".

Azərbaycan millisi rəqibinə 1:2 hesabı ilə uduzub. Görüşdə hesabı 30-cu dəqiqə Aleksey Quçulyak açıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk