Millimizlə oyunda paltardəyişmə otağından ŞOK VİDEO yayıldı!

13:00 Fransa 452
Millimizlə oyunda paltardəyişmə otağından ŞOK VİDEO yayıldı!

Fransa ilə Azərbaycan arasında baş tutan oyunun ilk yarısı 1:0 hesabı ilə başa çatdı.

Kilian Mbappe fasiləyə saniyələr qalmış vurduğu qolla fransızları hesabda önə çıxardı.

Birinci 45 dəqiqədə yaşananlar baş məşqçi Didye Deşamı özündən çıxarıb.

56 yaşlı mütəxəssis paltardəyişmə otağında səs tonunu qaldıraraq, futbolçuları daha yaxşı oynamağa və qollar vurmağa səsləyib.

Dünya və Avropa çempionu komanda üzvlərinə müraciətdə bunları deyib:

“Uşaqlar, etdikləriniz bəs etmir. Bir az “artırmalıyıq”! Biz vəziyyəti dəyişməyə köklənməliyik.

Düyməyə bərk basmalıyıq. Bəli, işığı yandırmağı bacardıq. Ancaq bu, bizə bəs etmir!

Kilian sonda etdiklərini bir neçə dəfə təkrarlamasa, biz onlara problem yarada bilməyəcəyik. Bir az hərəkətlilik və sürət yaradan kimi onlar problemlə üzləçəcək. Bu sürətlə onlar yorulmayacaq.

Təklif etmək istədiyimiz tempin qabağında dözə bilməyəcəklər.Haydi, uşaqlar, birlikdə ən yaxşısını etməliyik.

Vəziyyəti düzəltməliyik. Biz az çatmır, bir az. Bilirəm axı, biz qol vurmaq istəyəndə, vurmağı bacarırsınız.

Haydi, uşaqlar, daha yaxşısını etməliyik”.

Oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində “Park de Prems”də keçirilmiş qarşılaşma 3:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk