.jpg)
İllərdir azarkeş milli komanda adına nə varsa, hamısından üz döndərib.
Onun daha fanat ordusu qalmayıb.
Sıraları hədsiz seyrəlib bu ordunun. Qalan bir ovuc boyda ümid idi, onu da Fernandu Santuş aparırdı…
Ki, AFFA rəhbərliyi birdən qəflət yuxusundan ayıldı və portuqaliyalını buralardan uzaqlaşdırdı.
Gələn Ayxan Abbasovdur. AFFA-nın ondan gözləntilərinin nə olduğunu iliyinə qədər bilən məşqçi.
Gəldiyi 1 aydır, 3 oyun keçirmişik bu müddətdə. Nəticə baxımından irəliləyiş qeydə alınmayıb. Seçmə mərhələdə qələbə həsrəti artıq dörd oyuna çatıb. Hələ nə qədər belə davam edər? Gəlin, pessimist olimayaq.
Gəlin, bu dəfə bu məşqçiyə, onun köməkçilərinə, futbolçulara inanaq. Onlar xarici deyil, özümüzünkülərdir.
Şahruddin Məhəmmədəliyev Ayxan Abbasovu «ölkəsinin patriotu» adlandırır
. Dağıstandan gəlmiş qapıçı onu bu cür tanıyırsa, biz də sözümüzlə, qələmimizlə, milli təəssübkeşliyimizlə onların arxasında dayanaq. Dayanmalıyıq da.
Heç olmasa, millinin oyununda izlədiyimiz o döyüşkənliyə görə. Meydanda ayaq sürümürlər, fərqindəsiz?
Futboçluların hər biri qarışqatək işləyir, hərəkət edir, düzdümü? Tərpənişdir də bu.
Allah nə buyurur: səndən hərəkət, məndən bərəkət!
İnanaq ki, mövcud çətinliklər müvəqqətidir və sular gələn ay - seçmə mərhələnin son iki oyununda müəyyən qədər durulacaq.
ELNUR