Nazimin növbəti rəqibi kimdir?

15 Oktyabr 2025 08:30 Digər növlər 668
Nazimin növbəti rəqibi kimdir?

Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxovun növbəti rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, o, UFC 323 turnirində fransalı Fares Ziamla üz-üzə gələcək.

Döyüş dekabrın 6-da ABŞ-nin Nevada ştatının Paradays şəhərində keçiriləcək.

Nazim Sadıxov son olaraq Bakıdakı “UFC Döyüş Gecəsi”ndə braziliyalı Nikolas Mottanı nokaut edib.

Fares Ziam karyerası ərzində keçirdiyi 21 döyüşün 17-də (6 nokaut) qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Mart 03:30 1000 manatlıq TƏHQİR