Azərbaycanla matçda canı ağrıyan ulduzdan YENİ XƏBƏR

15 Oktyabr 2025 14:20 Fransa 1 170
Azərbaycanla matçda canı ağrıyan ulduzdan YENİ XƏBƏR

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı keçirilən matçda topuğundan zədə alan Fransa millisinin ulduzu Kilian Mbappenin yaşıl meydanlara qayıdacağı tarix müəyyənləşib.

Sportinfo.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, hücumçu milli fasilədən sonra çıxış etdiyi "Real" (Madrid, İspaniya) klubunun düşərgəsinə komanda yoldaşlarından sonra qoşulacaq.

Bununla belə, o, "Kral klubu"nun çərşənbə axşamı üçün təyin olunan məşqində iştirak edəcək.

Kilian Mbappe İspaniya La Liqasının IX turunda "Xetafe"yə qarşı matçda meydana çıxa bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti