
Türkiyənin futbol eksperti Mert Doğan «Qarabağ» haqda dediyi sözlərə görə peşman olub.
Sosial şəbəkədə yayım açan şəxs izləyicilərdən xeyli sayda mesaj aldığını bildirib.
O, Ağdam klubunun tərəfdarları tərəfindən təhqiramiz münasibət gördüyünü söyləyib. Mesaj yazanların əksəriyyəti onu səsləndirdiyi fikirlərə görə aşağılayıb.
Problem ondadır ki, M.Doğan Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılandan sonra «köhlən atlar»a yuxarıdan-aşağı baxıb.
Rəqiblərin adarı sadalanarkən, o, «Qarabağ»ın qələbə qazanmaq şansının olmadığını iddia edib. Qurban Qurbanovun çalışdırdığı komandanı böyükhesablı məğlubiyyətlər gözləməsinə proqnoz verib.
Azərbaycan çempionu ilk iki turdakı çıxışı ilə nəinki Doğanı, bütün ictimaiyyəti təəccübləndirib.
«Qarabağ Portuqaliyada «Benfika»nı 3:2 udub, Bakıda «Kopenhagen»ə 2:0 hesabıyla qalib gəlib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN