AFFA əməkdaşları Afinada UEFA-nın seminarında iştirak etdi

16 Oktyabr 2025 10:00 Bizimkilər 682
AFFA əməkdaşları Afinada UEFA-nın seminarında iştirak etdi

AFFA əməkdaşları Yunanıstanın paytaxtı Afinada UEFA-nın təşkilatçılığı ilə "Kütləvi futbolda idarəçilik" mövzusunda keçirilən seminara qatılıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyadan məlumat verilib.

20 ölkənin (Azərbaycan, Yunanıstan, Albaniya, Belçika, Xorvatiya, Danimarka, Estoniya, Farer adaları, Finlandiya, Fransa, İsrail, İtaliya, Kosovo, Latviya, Malta, Şimali İrlandiya, Portuqaliya, İspaniya, Ukrayna və Uels) iştirak etdiyi seminara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Ziya Səfərov qatılıblar.

Tədbir oktyabrın 16-dək davam edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti