QALMAQALLI OLAY! Onu Azərbaycan millisindən niyə kənarlaşdırıblar?

00:50 Hadisə 132
QALMAQALLI OLAY! Onu Azərbaycan millisindən niyə kənarlaşdırıblar?

Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Ukrayna ilə oyundan öncə komandadan göndərilib.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, buna səbəb onun millinin düşərgəsinə gec gəlməsi olub.

Belə ki, Azərbaycan yığma komandası Bakıda təlim-məşq toplanışına başlayarkən Renat Dadaşov düşərgəyə iki gün gec qoşulub.

Baş məşqçi Ayxan Abbasov gec gəldiyinə görə ona xəbərdarlıq edib. Yaxşı hazırlıq keçməyən Renatı Ukrayna ilə oyun üçün “23-lüy”ə daxil etməyərək heyətdən kənarlaşdırıb.

Dadaşov isə millinin matçını da izləməyərək klubu “Motor”un düşərgəsinə yollanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!