.jpg)
"Elvin Cəfərquliyevə ilk dəfə Azərbaycan çempionatında Ayxan Abbasov şans verib”.
Bu sözləri “Sportinfo TV”nin efirində Ceyhun Rzayev deyib.
Tanınmış teleaparıcı yenicə millinin sükanı arxasına keçən mütəxəssisin 2019-2020-ci illər aralığında adıçəkilən müdafiəçiyə özünü göstərmək imkanı yaratdığını söyləyib:
“İllər öncə Ayxan Abbasovla bir mərasimdə birgə əyləşmişdik, söhbət edirdik. Dedim ki, Elvini çox bəyənirəm, Ayxan bəy.
O zaman Elvin cəmi 5-6 oyun keçirmişdi. Dedi ki, mən bu gün milli komandanın baş məşqçisi olsam, düşünmədən Elvini əsas heyətdə və solda oynadaram.
Həyatın işinə bax ki, Ayxan Abbasov illər sonra milli komandamızın baş məşqçisi oldu".