“Qarabağ”dan bircə o “hə” cavabını gözləyirlər - SON DƏQİQƏ XƏBƏRİ

13:00 Qarabağ 1 104
“Qarabağ”dan bircə o “hə” cavabını gözləyirlər - SON DƏQİQƏ XƏBƏRİ

Türkiyə Hava Yollarının (THY) «Qarabağ»la tərəfdaşlıq etmək istəməsindən xəbərdarsız.

2018-2021-ci illərdə «Neftçi»nin forma sponsoru olmuş THY indi də onlarla işbirliyi qurmaq niyyətindədir.

Redaksiyamıza daxil olan informasiyaya görə, Ağdam təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparması, ilk iki turda qələbə qazanması, bununla Avropaya böyük səs salması THY-nın diqqətini çəkib.

Bizdəki bilgiyə görə, qarşı tərəf konkret təkliflər paketi ilə Azərbaycanın ən yaxşı klubuna müraciət edib.

Türkiyə Hava Yolları ilk dəfə hələ 3 il öncə “Qarabağ“la əməkdaşlıq təşəbbüsü irəli sürüb. Dövrü mətbuat onda bir neçə xəbərlə gündəmə gəlib.

Yazılanlara görə, THY həmin vaxt Ağdam təmsilçisinə illik 5 milyon dollar təklif eləyib.

Təklifə əsasən, komanda avrokubok oyunlarına üzərinə THY yazılmış formalarla çıxmalı idi. Lakin onda tərəflər arasında anlaşma əldə etmək mümkün olmamışdı.

Aldığımız məlumata görə, THY ilə “Qarabağ“ arasında danışıqlar artıq başlayıb. Onların indiki təklifi əvvəlki ilə müqayisədə daha sərfəlidir.

Söhbət təqribən 10 milyon dollardan gedir. THY “Qarabağ“ın Çempionlar Liqasında keçirəcəyi qarşıdakı 6 ayda onun adı yazılmış formalarla meydana çıxmasını şərt olaraq irəli sürüb.

Əldə etdiyimiz son informasiyaya görə, «Qarabağ» hələlik bu təklifə konkret cavab verməyib. Gözləmə mövqeyindədirlər.

Qardaş ölkənin məşhur brendi isə bu prosesin tezliklə yekunlaşmasını istəyir.

Çünki «köhlən atlar»la tərəfdaşlıq etmək niyyətində olan başqa şirkətlərin də sıraya düzülməsindən xəbərdardırlar. Onların arasında istər yerli, istərsə də xarici namizədlər yer alır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti