İşsizlərə ŞAD XƏBƏR - Bu yolla evinizdən PUL qazana biləcəksiz - VİDEO

22 Sentyabr 18:50 Gündəm 427
İşsizlərə ŞAD XƏBƏR - Bu yolla evinizdən PUL qazana biləcəksiz - VİDEO

Turizm potensialı yüksək olan ərazilərdə otel və qonaq evlərinin sayı kifayət qədər deyil. Bu çatışmazlığı aradan qaldırmaq məqsədilə bir neçə qurum layihə həyata keçirir.

Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyinin dəstəyi ilə qonaq evləri layihəsinin işə salınmazı vətəndaşların işsiz probleminin həll edilməsinə böyük töhfə verir.

Layihə çərçivəsində Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara, Lerik rayonlarında 50 qonaq evi yaradılacaq. Turizm sahəsində çalışmaq istəyən işsiz və işaxtaran şəxslər bu layihədən faydalana bilərlər.

Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Adil Abdullayev İTV-yə bildirib ki, layihənin dayanıqlı və davamlı olması üçün nəzarət mexanizmləri formalaşdırılıb. O əlavə edib ki, bu istiqamətdə Dövlət Turizm Agentliyi ilə əməkdaşlığa başlanılıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib ki, regionlarda elə rayonlar var ki, orada otellərin sayı çox azdır: "Bu, layihə kənd camaatı üçün iş yerləri deməkdir".

Məlumat üçün bildirək ki, bu layihədən istifadə etmək istəyən vətəndaşlar ilk növbədə işsiz və işaxtaran statusunda olmalıdır. Daha sonra vətəndaşın qonaq evinə çevirmək istədiyi mənzilin şəraiti standartlarla uyğun olmalıdır. Bundan sonra təmir işləri aparılır və vətəndaş lazım olan bütün mebel avadanlığı ilə təchiz olunur.

Qonaq evi layihəsi ilə bağlı əlavə məlumat almaq istəyən vətəndaşlar 142 - Çağrı Mərkəzi və (+994 12) 596 43 05 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM