“Turan” 4-5 legioneri Azərbaycana gəlməyə razı saldı, imzanı sonraya saxladı

29 İyun 2022 10:40 Gündəm 1 202
“Turan” 4-5 legioneri Azərbaycana gəlməyə razı saldı, imzanı sonraya saxladı

9 illik fasilədən sonra Premyer Liqa dünən 4 transfer xəbərini rəsmən bəyan edib.

“Şamaxı”dan ayrılan Kamal Bayramov, Tərlan Quliyev, Şəhriyar Əliyev, o cümlədən, “Sumqayıt”la vidalaşan Tərlan Əhmədli qərb təmsilçisi ilə birillik müqavilə imzalayıb.

Bu gün və sabah daha bir neçə yerli futbolçunun keçidi ilə bağlı açıqlanma verilməsi gözlənilir. Bəs legionerlər? Tovuz klubu əcnəbi oyunçularla danışıqlar aparmırmı?

Bizdə olan məlumata görə, Premyer Liqanın köhnə-yeni iştirakçısı hazırda 4-5 xarici ilə razılıq əldə edib. İran, Gürcüstan və başqa ölkələrdən olanlarla.

Onların hələ hazırlıq prosesinə cəlb olunmaması AFFA-dan qaynaqlanır.

“Turan” rəhbərliyi federasiyadan onlara nə qədər vəsait ayrılacağını hələ bilmir, odur ki, legionerlərlə müqaviləyə imza atılmır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!