Azərbaycanda daha 17 yoluxma – 1 nəfər vəfat etdi

24 İyun 2022 17:30 Gündəm 620
Azərbaycanda daha 17 yoluxma – 1 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Sportinfo.az xəbər verir ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 793 106 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 240 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib. 149 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 928, bu günə qədər isə ümumilikdə 6 949 748 test icra olunub.

Digər Xəbərlər
Xəbər Lenti