AFFA-dan uzaqlaşdırılması gözlənilən fiqurantlar kimdir?

25 Yanvar 2022 13:00 Gündəm 2 271
AFFA-dan uzaqlaşdırılması gözlənilən fiqurantlar kimdir?

Dünən AFFA-nın növbəti konfransının vaxtı müəyyənləşib.

Fevralın 2-də konfrans, dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Tədbir “Baku Marriott Hotel Boulevard” oteldə təşkil olunacaq.

Saat 10:00-da başlayacaq Konfransın gündəliyi də dəqiqləşib. İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatı, maliyyə hesabatlarının təsdiqlənəcəyi tədbirdə müstəqil auditorun hesabatı nəzərə alınacaq. Konfransın gündəliyində hər hansı vakant vəzifəyə seçkilər, təkliflərin qəbulu və digər məsələlər də var.

Konfransla bağlı gözləntilər böyükdür. Əksəriyyət bü cür düşünür ki, Rövnəq Abdullayevin 14 illik prezidentlik dönəmi başa çatır.

Onun cüdodan sonra futbolla bağlantısının da tamamilə kəsilməsi gözlənilir. Hər halda bu, çəoxdan məlumdur ki, Abdullayevin idman sektoru ilə məşğul olmağa, ona vaxt ayırmağa vaxtı yoxdur.

O da bəllidir ki, Rövnəq bəy ötən müddət ərzində AFFA-nın prezidenti postunu tərk etməyə dəfələrlə təşəbbüs göstərib. İndi isə deyəsən, həmin vaxt yetişib.

Son bir neçə ayda idman aləmi yeni dönəmə qədəm qoyub. Fərid Qayıbovun idman və gənclər naziri təyin edilməsindən sonra bu sahədə ciddi hərəkətlik və yeniliklər baş verməkdədir. Artıq bir neçə önəmli federasiyanın rəhbərliyi dəyişib.

Futbola növbənin çatması sevindirici xəbər olar. Hamı o gün üçün darıxıb. Güman ki, islahatlar AFFA İcraiyyə Komitəsini də əhatə edəcək.

Sabiq xarici işlər naziri Elmar Məmmədyarovla Gənclər və İdman Nazirliyinin idman şöbəsinin keçmiş sədri Fərid Mansurovun federasiyanın idarəçiliyindən uzaqlaşdırılması gündəmdədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu