Bu gün Azərbaycanda daha 1697 yoluxma - 13 nəfər öldü

23 Yanvar 2022 18:10 Gündəm 857
Bu gün Azərbaycanda daha 1697 yoluxma - 13 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1697 yeni yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.

Sportinfo.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 633 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 292 nəfər müalicə olunaraq sağalıb, 8 610 nəfər vəfat edib. 12 829 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 851, bu günə qədər isə ümumilikdə 6 065 279 test icra olunub.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda