De Byazi həkimindən cavab gözləyir, Obradoviçin məsələsi məlumdur

14 Yanvar 2022 21:00 Gündəm 1 045
De Byazi həkimindən cavab gözləyir, Obradoviçin məsələsi məlumdur

Azərbaycan futbol ictimaiyyəti Antalyadadır.

Komandalar yollanıb, PFL-in rejissor və operatorları getdi, bu gün-sabah “CBC Sport”un əməkdaşları üz tutacaq.

Məşqçilər Komitəsinin üzvləri 1 həftəlik səfər edəcək, bir neçə həmkarımız isə çoxdan oradadır.

İndi sual doğuran əsas məsələ yığmaların baş məşqçiləri Canni de Byazi ilə Milan Obradoviçin niyə gözə dəyməməsidir.

Halbuki, Berti Foqtsdan bu yana bütün milli məşqçiləri yanvarın bir neçə gününü Antalyada keçirib, yığmaya namizəd futbolçuların son durumu ilə yerində tanış olurdu.

Canni de Byazinin Türkiyəyə yollanmasında yaranmış problem koronavirusa yoluxması ilə bağlıdır.

Artıq virusdan qurtulsa da, qardaş ölkəyə uçması üçün həkimdən rəy gözləyir. Rəy müsbət olsa, gedəcək. Əks halda Bakıda oturub gözlərini Antalyaya zillyəcək.

Obradoviç isə səfərə hazırlaşır. U-21-in “koç”u yoldaşlıq görüşlərinin ard-arda sıralandığı dövrdə - yanvarın 22-də Antalyaya üz tutacaq. Həm də tək yox, köməkçiləri ilə birlikdə.

Ynvarın 26-na qədər orada məskunlaşacaq serbiyalı çalışdırıcı milliyə namizəd futbolçuların oyunlarına baxacaq, özü üçün qeydlər aparacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti