“Neftçi”nin mümkün rəqiblərinin duelini “Malmö” qazandı

22 İyul 2021 00:00 Gündəm 736
“Neftçi”nin mümkün rəqiblərinin duelini “Malmö” qazandı

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, “Neftçi”nin Avropa Liqasında mümkün rəqibləri olan “Malmö” və HİK İsveçdə üz-üzə gəlib.

Şimallılar duelində hesab ilk yarının sonlarında açılıb. İsveç çempionunun futbolçusu Antonio Mirko Çolak 45-ci dəqiqədə vurduğu topla meydan sahiblərini hesabda irəli çıxarıb.

Finlandiya klubu ikinci hissənin ortalarında bərabərlik qoluna imza atıb. Rupe Riski 68-ci dəqiqədə fərqlənib. İsveçlilər cəmi 6 dəqiqə sonra yenidən irəli çıxıb. Bu dəfə Anders Kristensen fərqlənib.

Bu, qarşılaşmadakı sonuncu qol olub və “Malmö” minimal fərqli ev qələbəsinə sevinib. Komandalar arasında cavab qarşılaşması iyulun 27-də keçiriləcək.

“Olimpiakos” (Yunanıstan) – “Neftçi” (Azərbaycan) və “Malmö” (İsveç) – HİK (Finlandiya) cütlərində uduzan komandalar Avropa Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti