Yeni klubu Mahirə nə qədər PUL QAZANDIRACAQ?

19 İyun 16:00 Gündəm 3 294
Yeni klubu Mahirə nə qədər PUL QAZANDIRACAQ?

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubu bəlli olub.

O, Almaniyada "Kayzerslautern" ilə anlaşıb. Ar

tıq II Bundesliqa klubunun 27 yaşlı futbolçu ilə 3 illik müqavilə bağladığı bildirilib.

Mahir Emrelinin son klubu bu liqada "Nürnberq" olub. Onun adı başqa klublarla da hallanırdı. Bura "Fortuna" və "Sankt Paule" daxildir.

"Kayzerslautern" ötən mövsüm çempionatda yeddinci yeri tutub. Yeni klubu yığmamızın forvardına ilk ildə 500 min avronun üzərində ödəmə edəcək.

Sonrakı sezonlarda isə bu rəqəm daha da artacaq. Müqavilə sənədlərində çoxsaylı bəndlər də öz əksini tapıb.

Komandanın Bundesliqaya vəsiqə qazanması, Mahirin meydana çıxacağı oyunların, vuracağı qolların sayı və digər müddəalar burada yer alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!