"UEFA-nın qərarından sonra klublar gözəl oyun göstərməyə məcburdular" - Aslan Kərimov

24 İyun 2021 22:20 Gündəm 1 010
"UEFA-nın qərarından sonra klublar gözəl oyun göstərməyə məcburdular" - Aslan Kərimov

"Bu qərar məşqçilərin işini əməlli başlı dəyişdirəcək".

Bu sözləri Sportinfo.az-a açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov UEFA-nın səfər qolunu ləğv etməsinə münasibət bildirərkən deyib.

AFFA-nın məşqçilik kursları üzrə təlimatçısı yeni qərardan sonra məşqçilərin strategiyanı dəyişməli olduğunu zəruri hesab edir: "Bu qərardan sonra klublar gözəl oyun göstərmək məcburiyyətində qalacaqlar. Əvvəl səfər oyunlarından öncə strategiya qurulurdu. Səfərdə qol vurandan sonra müdafiə olunmaq, hesabı qorumaq barədə düşünürdülər. Amma indi 1-0 udanda belə hücum futbolu oynamalısan. Çünki sonda sənin səfər qolun heç bir fərq yaratmayacaq. Belə qərar çox guman ki, qol sayının çoxaldılmasına hesablanıb. Açıq futbol oynanmasına şərait yaradılır. Futbolçuların da psixologiyasını hər oyuna görə baş məşqçi formalaşdırır. Ümumilikdə oyunçular və məşqçilərin oyunlara yanaşması birmənalı olaraq dəyişəcək".

Millimizin sabiq üzvü UEFA-nın qərarının haqlı olduğunu dilə gətirib: "Son dövrlərdə səfər qolu öz aktuallığını itirirdi. Top səviyyəli komandalardan götürək PSJ üçün "Bavariya"ya ilə istər evdə, istərsə də səfərdə oynaması elə də fərq eləmir. Mən də hesab edirəm ki, səfər və ya ev qolu olmalı deyil. Düşünürəm ki, doğru verilən qərardı. Buna uyğunlaşmaq məcburiyyətindəyik".

Digər Xəbərlər
Xəbər Lenti