AVRO-2020-də sensasiya: Fransa Macarıstanla bacarmadı - VİDEO

19 İyun 2021 19:10 Gündəm 508
AVRO-2020-də sensasiya: Fransa Macarıstanla bacarmadı - VİDEO

Avropa çempionatının F qrupunda II tura start verilib.

Sportinfo.az xəbər verir ki, turnirin favoritlərindən Fransa millisi Macarıstanla qarşılaşıb.

Budapeştdəki "Puşkaş Arena"da keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu macarlar vurublar. Attila Fiola ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə rəqibi məyus edib.

Birinci yarı bu hesabla yekunlaşıb. İkinci hissədə hücumların kəsərini artıran fransızlar 66-cı dəqiqədə tarazlığı bərpa ediblər. Antuan Qrizmann qapıçının qaytardığı topu dəqiq zərbə ilə tora göndərib.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Fransa millisi liderliyə yüksəlib. İlk xalını qazanan Macarıstan yığması isə 3-cü pilləyə qalxıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"