Bakının qərarları Xankəndinə necə “sızır”-üç aeroport, Şuşada “gizli mərkəz...”

3 May 16:30 Gündəm 1 022
Bakının qərarları Xankəndinə necə “sızır”-üç aeroport, Şuşada “gizli mərkəz...”

Bakıda Qarabağla bağlı atılan hər bir addımı Xankəndində diqqətlə izləyirlər. Bu xəbərlərin paytaxt Bakıdan bir neçə yüz kilometr aralıdakı qədim Azərbaycan şəhərinə dərhal “sızması” əlbəttə ki, çətin iş deyil. Amma ermənilər bizi bəlkə də heç vaxt indiki kimi diqqətlə izləməyiblər. Çünki qəbul edirlər ki, onların taleyi daha Qarabağ sərhədlərindən çox uzaqda olan paytaxtlarda deyil, Bakıda həll olunur...

Vaxtilə Azərbaycanın ən sərt xəbərdarlıqlarını qulaqaradına vurur, özlərini işğalın yaratdığı situasiyanın ağası kimi hiss edirdilər. İndi isə dəyişən reallıqlar onları qulaqlarını və gözünü açmağa, Bakıdan verilmiş qərarları diqqətlə izləməyə məcbur edir. Çox da uzaq olmayan keçmişdə bu ağlını itirmiş millətin başbilənləri deyirdilər ki, “Qarabağda Azərbaycan bayrağı o halda dalğalana bilər ki, “müstəqilliyimizi” tanıyıb Şuşada nümayəndəlik açasız...” İndi dillərini hələ qatlayıb, birdəfəlik gözlərinə də soxmurlar, amma havaları əvvəlki deyil. Bu səbəbdən də Bakının qərarlarını dərhal gündəmə alır, hətta bizim mediadan da tez reaksiya verir, “təhlillər” aparırlar.

Aprelin 30-da Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının buraxılmasına, əvəzində “Qarabağa qayıdış” adlı yeni təşkilatın yaradılmasına Xankəndindən dərhal reaksiya verilməsi də buna sübutdur. Qarabağda hələ də özünü adam və üstəlik, “nazir” hesab edən David Babayan erməni mediasına müsahibəsində öncə bu məsələdən danışıb.

David Babayan: We don't put ultimatums to the international community -  Panorama | Armenian news

David Babayan

Deyib ki, bu “qayıdış”dan narahatdılrlar, çünki bu məskunlaşma “erməni əhalisinin sıxışdırılıb çıxarılmasına” yönəlib, “Qarabağa qayıtması planlaşdırılan adamların çoxu əvvəllər burada yaşamayıb” və sairə.. Babayanın guya “əcnəbi mücahidlərin” və onların “beş-altı arvaddan olan uşaqları ilə birgə” artıq Qarabağda yerləşdirilməsi haqda dediyini isə ağ yalandan çox, uğursuz lətifəyə bənzətmək olar. Bu səbəbdən axmaq erməni məntiqini qoyaq bir kənara.

İşğaldakı torpaqlarımıza dünyanın hər dərəsindən erməni ailələri gətirib zorla məskunlaşdıranlar, indi azərbaycanlıların(fərqi yoxdur, Qarabağda doğulub, ya yox...) öz doğma torpaqlarına qayıdacağından ciddi narahatdırlar. Mina xəritələrinin verilməməsinin əsas səbəbi həm də budur. Bakıda bir təşkilatın adını dəyişməsinə dərhal reaksiya verilməsi də onu göstərir ki, azərbaycanlıların tezliklə doğma torpaqlarına qayıtmaq planı separatçı ermənilərin yuxusunu qaçırıb. Fərqindədirlər ki, bu məskunlaşma Qarabağa qayıtmış ermənilərin ümidsüzlüyünü daha da artıracaq. Çoxu dərhal rədd olub gedəcəklər, belə köç isə erməni separatçılarının planlarına qətiyyən uyğun deyil.

Azərbaycanın işğaldan azad edilmiş Şuşaya xüsusi diqqəti də qarınlarını bərk ağrıdır. Xankəndinin 11 kilometrliyindəki bu strateji qədim şəhərin dirçəldilməsi Azərbaycanın əsas hədəfidir. Burada Türkiyənin bir vəqfinin məktəb tikintisi ilə bağlı arzusu belə erməniləri qorxudub, Babayan da bunu etiraf etmək zorunda qalıb. Amma bunu “pantürkizm”, “islamçılıq” kimi yalanlarla bəzəyib. “Bu şəhərə radikal ünsürlər, islamçı din xadimləri göndəriləcək. Məktəb və müəssisələr radikal qruplar yetişdirmək üçün qurulub” deyib. İndi də dünyanı bu “radikalizm” yalanlar ilə aldatmaq istəyirlər. Şuşa həmişə ermənilərin gözünə batmış ox olub, işğaldan azad edilməsi isə bütün dünya ermənilərin belini qırıb. Bu səbəbdən də ən tez məskunlaşmanın gözlənildiyi şəhəri indidən “radikal islamçıların mərkəzi” kimi təqdim etməyə həvəsləniblər. Aşkar axmaqlıqdır...

Bu həftə Azərbaycan Prezidenti İlham Əliyevin Füzulindən sonra, Zəngilanda da aeroport tikintisinin əsasını qoymasını da ermənilər diqqətlə izləyiblər, bu məsələ də onlarda “suallar yaradıb”. Babayan Laçında da aeroport tikiləcəyi ilə bağlı bəyanatı da nəzərə alaraq, “kiçik bir ərazidə üç aeroportun” salınması qərarını öz ağlına uyğun izah etməyə çalışıb. Deyib ki, “iqtisadi və nəqliyyat baxımından 50-70 kilometr məsafədə üç aeroport tikilməsinin mənası yoxdur”. Ancaq…Babayan şübhələnib ki, bu aroportlardan biri mülkü olacaq, digər iki aroport isə hərbi məqsədlər üçün istifadə edilə bilər. Hətta onu da deyib ki, birində helikopterlər yerləşdiriləcək, digəri isə hərbi təyinatlı dronlar üçün olacaq”. Azərbaycanın ərazisidir, istəsə hərbi aeroport tikər, istəsə ilan mələdər. Siz niyə qorxuya düşübsüz axı? Xain xoflu olar...

Bakıda guya tez-tez anti-Rusiya aksiyalarının keçirildiyindən gileylənən Babayan “onların arxasında rəsmi Bakı dayanır” deyə, ruslara yaltaqlanmağından da qalmayıb, 9 May qələbəsində danışıb, tarixi günün qeyd ediləcəyini bildirib. Sonda “hər bir Qarabağ vətəndaşı, hər bir erməni qələbələrimizi xatırlamağa borcludur” deyib.

Amma bu sözləri deyəndə bu sarsaq “nazirin” hansı hislər keçirdiyini anlamaq o qədər də çətin deyil. 9 mayı işğalçılar uzun illər xüsusi qeyd edirdlər. Şuşanın işğal tarixi onlar üçün bayram idi axı... Amma bu il ilk dəfə (və bir daha heç vaxt) daha o “bayram” olmayacaq. Ermənilər məğlub xalqdır, başları bərk əzilib. Onların SSRİ-nin qələbə bayramını qeyd etməkdən başqa çarələrimi qalıb?

Bakıya diqqətlə baxmaqda isə haqlıdırlar, onların taleyi həqiqətən də buradan verilən qərarlarla həll olunur...

Nazim SABİROĞLU

Digər Xəbərlər
Xəbər Lenti