Mübariz Mənsimov bu tarixdə azadlığa çıxır - VİDEO

4 Mart 12:40 Gündəm 11 481
Mübariz Mənsimov bu tarixdə azadlığa çıxır - VİDEO

Türkiyədə həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində barəsində hökm çıxarılan azərbaycanlı iş adamı Mübariz Mənsimovla bağlı mühüm qərar verilib.

Sportinfo.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu məhbus kimi mühakimə olunan "Xəzər Lənkəran"ın yaraadıcısının sərbəst buraxılmasını istəyib.

Məlumata görə, iş adamı martın 5-də azadlığa çıxacaq.

"Məhkəmə prosesinin gəldiyi mərhələ, təqsirləndirilən cinayətə görə nəzərdə tutulan / veriləcək cəzanın miqdarı, şübhəlinin həbsdə olma müddəti, həbs olunmasının tədbir məqsədli olması, həbsdə keçirildiyi vaxt, şübhəli olmadığı təqdirdə, bu mərhələdə məhkəmə nəzarəti yolu ilə daha öncə həbs edilməmiş və ya başqa bir cinayətə məhkum edilməyibsə, azadlığa çıxa bilər. "Xaricə getməmək" və "Ünvanından çıxmamaq" şəklində ədli nəzarət tədbirlərinin tətbiqi ilə bağlı qərar verilməsi istənilir. Məhkəmə nəzarətinin həyata keçirilməsinə qərar verilməsi, 109/3 maddəsini hakim tutaraq haqqındakı rəqəmsal materialların sahibinə qaytarılması istənilir". - Baş Prokurorluğun məlumatında deyilir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 22:00 32-ci dəfə çempion
21 Aprel 11:00 Əlbəyaxa futbol
21 Aprel 01:52 Salah kapitan seçildi