Separatçı-terrorçu Araik Azərbaycan şəhərinə gəldi - Məskunlaşmadan danışdı..

27 Yanvar 2021 09:00 Gündəm 8 698
Separatçı-terrorçu Araik Azərbaycan şəhərinə gəldi - Məskunlaşmadan danışdı..

1991-ci ildən Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qondarılmış separatçı-terrorçu rejimin Rusiya tərəfindən xilas edilmiş tör-töküntülərinin başçısı Araik Arutyunyan dünən –yanvarın 24-də Xankəndindən Tərtər rayonunun işğal altında qalan Ağdərə şəhərinə gəlib.

Sportinfo.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, A.Arutyunyan “rayon”un qanunsuz “rəhbərliyi” ilə yığıncaq keçirib.

Məlum qucaqda oturan xunta rəhbəri iclasda müharibədən sonrakı vəziyyətdən, evlərini itirmiş və Azərbaycanın azad etdiyi rayonlardan gəlmiş ermənilərin "rayon" ərazisində yerləşdirilməsindən danışıb.

Məlumatda separatçıların görüşündə Ağdərədə yerləşən erməni(!) diviziyasının(!) komandiri Karen Şakaryanın da iştirak etdiyi bildirilir.

P.S. Ermənilərin belə gedişləri görüntü üçün olsa da belə, xalqımızın ürəyini bulandırır...

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!