"Biz heç kəsə deyə bilmərik ki, filan futbolçunu oynadın"

4 Dekabr 2025 02:00 Milli komanda 1 161
"Biz heç kəsə deyə bilmərik ki, filan futbolçunu oynadın"

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Baku Sportinq”i 1:0 hesabı ilə məğlubiyyətə uğratdıqları matçdan sonra mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin də “sükanı arxası”nda olan çalışdırıcı “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin “yerli futbolçuların klublarda oynadılması ilə bağlı Ayxan Abbasovun fikirləri məni narahat etmir” sözlərinə münasibət bildirib:

“Hamının fikrinə hörmət edirəm. Biz heç kəsə deyə bilmərik ki, filan futbolçunu oynadın.

Lakin nəzərə alaq ki, hamımız azərbaycanlıyıq. Bu gün Premyer Liqada yerli məşqçilər var ki, klubda belə yığmanı düşünür.

Bu, daxildən gəlməlidir. Biz nəyisə deyiriksə, millinin naminə deyirik. Hamımız milliyə hörmət etməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!