“Dünya çempionatını qazanmaq həqiqətən çox çətindir” - MESSİ

“Dünya çempionatını qazanmaq həqiqətən çox çətindir” - MESSİ

Argentina millisinin kapitanı Lionel Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatındakı qələbəni xatırlayıb.

Həmin mundialın finalında argentinalılar Fransa millisi üzərində penaltilər seriyasında qalib gəlmişdi. 38 yaşlı Messi turnirin ən yaxşı futbolçusu seçilmişdi.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı futbolçu həmin günləri belə xatırlayıb:

“Son mundialda şans bizim tərəfimizdə idi. Niderland və Fransa milliləri ilə oyunlarda daha yaxşı idik, amma nəticə penaltilərdə həll olundu.

Xoşbəxtlikdən Emiliano Martines kimi qapıçımız var idi və o, bizə qələbəni gətirdi.

Amma elə olur ki, penaltilər seriyasında rəqibin bəxti daha çox gətirir. Dünya çempionatını qazanmaq həqiqətən çox çətindir”.

Növbəti dünya çempionatı 2026-cı ilin iyun–iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti