"Dəli olmaq olar" - DÇ-2026-nın favoritlərini açıqladı

"Dəli olmaq olar" - DÇ-2026-nın favoritlərini açıqladı

“Real”ın və Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder 2026-cı il dünya çempionatının favoritlərinin adlarını açıqlayıb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, keçmiş futbolçu dörd komandanın adını çəkib:

“Portuqaliya, İspaniya, Fransa və Braziliya. Mən İngiltərə millisinin adını çəkmədim.

İndi rəqabət inanılmaz dərəcədə çətindir. Dəli olmaq olar.

İngiltərənin də inanılmaz komandası var. Niderland yığması da yaxşıdır.

Onlar çox yaxşıdır. Amma yarımfinal üçün dörd komanda seçməliyəm və mən belə düşünürəm:

İngiltərə və Almaniya da şanslı olsa, orada ola bilərlər. Bu da bir ehtimaldır”.

2026-cı ilin dünya çempionatı gələn ilin yayında üç ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika. Argentina hazırkı çempiondur.

Cənubi amerikalılar DÇ-2022-nin finalında Fransa ilə qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatsa da, penaltilər seriyasında argentinalılar daha güclü olub (4:2).

Digər Xəbərlər
Xəbər Lenti