Azərbaycan millisinin baş məşqçisi dəyişdi - Əcnəbi getdi, yerli gəldi

24 Oktyabr 2024 03:00 Güləş 713
Azərbaycan millisinin baş məşqçisi dəyişdi - Əcnəbi getdi, yerli gəldi

Kişi boksçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Yığma ötən ildən Azərbaycan Boks Federasiyasında texniki direktor kimi çalışan özbəkistanlı Ravşan Xocayevə tapşırılıb.

44 yaşlı yeni baş məşqçi Özbəkistanın boks üzrə idman ustasıdır. O, məşqçilik fəaliyyətinə 1998-ci ildə başlayıb. Karyerası ərzində Özbəkistan, Asiya, dünya və Olimpiya çempionları yetişdirib.

2016-23-cü illərdə Özbəkistan Boks Federasiyasının Məşqçilər Şurasında çalışıb. İBA-nın 3 ulduz kateqoriyalı məşqçisi olan Xocayev, həmçinin Özbəkistan Respublikasının əməkdar məşqçisidir.

“Dostluq Ordeni” ilə təltif olunub. 2016-cı ildə beynəlxalq premiyanın laureatı olub. Nəzəriyyə, metodika və idman üzrə professor elmi dərəcəsinə malikdir.

Xocayev bu vəzifədə müqaviləsi başa çatan kubalı Pedro Rokeni əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi