Azərbaycani Avropa çempionatını 4 medalla başa vurdu

17 Mart 2023 10:00 Güləş 491
Azərbaycani Avropa çempionatını 4 medalla başa vurdu

Azərbaycanın yunan-Roma güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında 3-cü qızılı medalı qazanıblar.

Sportinfo.az xəbər verir ki, fəxri kürsünün ən yüksək pilləsinə son olaraq Murad Əhmədiyev qalxıb.

97 kq-da yer alan idmançı finalda macarıstanlı Aleks Şokeyə tam üstünlüklə qalib gəlib.

Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan millisi yarışı 4 medalla başa vurub. Əhmədiyevlə yanaşı, Elmir Əliyev (60 kq) və Qurban Qurbanov (72 kq) Avropa çempionu olublar, Xasay Həsənli (77 kq) isə ikinci yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti